"Qış Parkı”nda aylıq parkinq qiymətləri iki dəfədən çox ARTIRILIR – YENİ TARİFLƏR/FOTO  

Hazırda oxunan: "Qış Parkı”nda aylıq parkinq qiymətləri iki dəfədən çox ARTIRILIR – YENİ TARİFLƏR/FOTO  

184339

Paytaxtdakı Bakı Dəmiryol Vağzalının qarşısında, eləcə də “Qış parkı”nın altında yerləşən avtodayanacaqlarda fərdi avtomobillər üçün yeni parkinq tarifləri müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Dəmiryol Vağzalının qarşısında qiymətlər parklanma müddətinə əsasən müəyyən edilib.  

Ərazidə quraşdırılan məlumat lövhəsində qeyd olunub ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuz olsa da, əlavə parkinq xidməti üçün ödəniş tələb olunacaq.

Sürücülər parklanma müddəti 15-30 dəqiqə olduqda bir manat, 30-60 dəqiqə olduqda iki manat, 1-2 saat olduqda dörd manat, 2-3 saat olduqda altı manat, 3-5 saat olduqda 10 manat, 5-7 saat olduqda 14 manat, 7-10 saat olduqda 18 manat, 10-15 saat olduqda 22 manat, 15-20 saat olduqda 26 manat, 20-24 saat olduqda isə 30 manat ödəniş etməli olacaqlar. 

“Qış parkı”nın altında yerləşən avtodayanacaqda isə aylıq paketin qiyməti 2 dəfədən çox bahalaşıb. Əvvəl 12 saat üçün 30 manat ödəyən sürücülər aprelin 1-dən qüvvəyə minəcək dəyişiklikdən sonra 80 manat ödəməli olacaqlar. 24 saatlıq aylıq paketin qiyməti də iki dəfə bahalaşıb.

Yeni tarifə əsasən, parkinq haqqı 60 manatdan 120 manata qədər artırılıb. Qonşular üçün isə aylıq tarif 50 manat müəyyən edilib. 

Saatlıq tariflərə gəlincə, sürücülər parklanma müddətinə uyğun olaraq 1-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat,4-6 saat üçün 3 manat, 6-10 saat üçün 4 manat, 10-12 saat üçün 5 manat, 12-24 saat üçün isə 8 manat vəsait ödəyəcəklər. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO