Bayramdan sonrakı ilk iş gününün HAVASI: 17 dərəcə isti… 

Bayramdan sonrakı ilk iş gününün HAVASI: 17 dərəcə isti… 

Hazırda oxunan: Bayramdan sonrakı ilk iş gününün HAVASI: 17 dərəcə isti… 

184235

Martın 27-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO