İlin ilk Ay tutulması BAŞA ÇATDI  

İlin ilk Ay tutulması BAŞA ÇATDI  

Hazırda oxunan: İlin ilk Ay tutulması BAŞA ÇATDI  

184126

İlin ilk Ay tutulması başa çatıb. 

Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya bildirilib ki, bu tutulma yarımkölgəli Ay tutulmasıdır. 

Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunur. 
Ay tutulması Bakı vaxtı ilə saat 08:53-də başlayıb və saat 13:32-də bitib, tutulmanın maksimumumu saat 11:12-də olub. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO