Qərb ikiüzlülüyünün NÖVBƏTİ ÖRNƏYİ – Qubad İbadoğlu planını kim aktivləşdirmək İSTƏYİR?

Qərb ikiüzlülüyünün NÖVBƏTİ ÖRNƏYİ – Qubad İbadoğlu planını kim aktivləşdirmək İSTƏYİR?

Hazırda oxunan: Qərb ikiüzlülüyünün NÖVBƏTİ ÖRNƏYİ – Qubad İbadoğlu planını kim aktivləşdirmək İSTƏYİR?

183785

Qərbin istənilən məsələyə baxışı fərqlidir. Bəzən bir məsələyə müxtəlif rakurslardan baxılır və fərqli-fərqli fikirlər söylənilir. Söylənilən fikirlər isə baş verən hadisəyə və nəticəyə görə yox, məkana görə dəyişir. Məsələn, Qərb hətta qatı cinayətkarı, dələduzu və fırıldaqçını belə müdafiə edir. Təbii ki, əgər həmin persona Qərbin xidmətçisidirsə… 

Yəni Qərb öz kadrını bir çox hallarda sona qədər müdafiə edir. Bunun da iki səbəbi var. Birinci səbəb odur ki, Qərb onun kadrına qarşı edilən hər hansı bir hərəkəti özünə qarşı edilmiş yanlışlıq kimi baxır. Guya ki, Qərbin adamı toxunulmazdır. Onun adamına “yan gözlə” baxana isə hər cür basqı edir, təzyiq göstərir. 

İkinci səbəbsə odur ki, istənilən kadrı yetişdirmək üçün Qərb kifayət qədər vəsait xərcləyir. Bu xərclərin qarşılığını almayanda isə “qəzəblənir”. Çalışır ki, yetişdirdiyi zombi sona qədər getsin və onların istəklərinin reallaşmasında bir vasitə olsun.

Lakin istənilən halda Qərb seçdiyi kadrlara “qurbanlıq quzu” kimi baxır

Qərb öz adamlarını çox zaman yarı yolda, taleyin ümidinə buraxır. Necə deyərlər:

“Mavr işini gördü, Mavr gedə bilər”.

Bunun biz keçmiş postsovet məkanında istənilən qədər nümunəsini görmüşük. Rusiyada, Ukraynada, Gürcüstanda və digər ölkələrdə Qərbin adamları çox acınacaqlı tale yaşayıb və məşəqqətlər içində ölüb gediblər. Bu da o deməkdir ki, Qərb hazırladığı kadrlara insan kimi yox, alət kimi baxır. 

Bununla belə, pul hərisliyi çoxlarını Qərbin tələsinə salır. Aldıqları külli miqdarda vəsait müqabilində çoxları qısa zamanda sınır, milli və dövlət əleyhinə cinayətlərə imza atır. Təbii ki, heç bir cinayət cəzasız qalmır. Gec-tez hər kəs öz əməlinə görə qanun qarşısında cavab verir. 

Qubad İbadoğlunu Qərb niyə müdafiə edir?

Ötən ilin iyulunda rəsmi qeydiyyatı belə olmayan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu hüquq mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində saxlanıldı. İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində həbs-qətimkan tədbiri seçdi. 

Onun barəsində Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə cinayət işi başlanıldı.

Göründüyü kimi cinayət maddələri Qubad İbadoğlunun “odla oynadığını” deməyə kifayət qədər əsas verir.

“Elm adamı”nın, siyasətçinin saxta pulla nə işi var?!

Deməli, Qubad İbadoğlunun həbsə siyasi motivli yox, iqtisadi cinayət tərkiblidir. Amma nə təsadüfdürsə, Qərb ölkələri istintaqın yekunlarını gözləmədən məsələyə siyasi don geyindirməyə çalışır. Guya ki, Qubad İbadoğlu siyasi baxışlarına və söylədiyi fikirlərə görə təqib və həbs edilib. Amma ortadakı iqtisadi cinayətkarlığa diqqət edən yoxdur. Məsələn, bu yaxınlarda ABŞ-ın 19 senator və konqresmeni Qubad İbadoğlu ilə bağlı dövlət katibi Antoni Blinkenə müraciət etdi.

Həmin müraciətdə qeyd olunur ki, Qubad İbadoğlu şəfafflıq və hesabatlılıq sahəsindəki beynəlxlaq təşkilatların hörmətli üzvlərindəndir:

“Professor Qubad İbadoğlu ABŞ vətəndaşı olmasa da, ölkəmizlə sıx əlaqələri var(?!) O, son illərdə Chapel Hilldəki Şimali Karolina Universitetində, Duke Universitində və Rutgers Universitində dəvətli professor kimi çalışıb”.

Müraciətə imza atanlar hesab edir ki, ABŞ-la sıx və şübhəli əlaqəsi olan heç bir şəxs və şəxslər saxlanıla və sorğu-sual edilə bilməz. Yəni ABŞ-la “əməkdaşlıq” edən ixtiyari şəxs Vaşinqton tərəfindən qorunmalı və müdafiə edilməlidir. 

Qərb özünü necə ifşa edir?

Bu absurd yanaşmada təəccüb doğuran məqamlardan biri də odur ki, senator və konqresmenlər hesab edir ki, onların adamı saxlanıldığına görə ABŞ Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməlidir. Yəni Azərbaycanın hüquq-mühafizə orqanlarının ortaya qoyduğu biabırçı faktlar və iri miqyaslı iqtisadi cinayətlər ABŞ senator və konqresmenlərini qətiyyən narahat etmir. Onları narahat edən Azərbaycanın dövlətinin əsaslarına sarsıtmağa yönəlik layihələr həyata keçirən birinin həbs olunmasıdır.

Yəni Qubad İbadoğlu Qərbin maraqlarını Azərbaycanda nəinki layiqincə icra edirdi, həm də Azərbaycan dövlətinin əsaslarını sarsıtmaqda müstəsna xidmətlər göstərirdi. Məhz bu “xidmətlərə” görə Qubad İbadoğlu cəza almamalı, qanun qarşısında cavab verməməlidir.

Bu tip yanaşmalar yeni hüquqi president yaradır.

Qubad İbadoğlunun himayədarları və müdafiəçiləri açıq şəkildə etiraf edirlər ki, o agent kim fəaliyyət göstərib və Azərbaycanla bağlı “lazımi” hesabatlar hazırlayıb. 

Nəzərə alaq ki, Qubad İbadoğluya münasibətdə digər narahatedici faktlar da zaman –zaman səslənib. Məsələn, onun Qərbin bəzi institutları ilə əlaqəsi barədə də yazılar yazılıb. Məhz buna görə də Qərb “öz adamını” asanlıqla itirmək istəmir. 

Bu da səbəbsiz deyil. Yuxarıda qeyd etdiyimiz kimi Qubad İbadoğlu Qərb təşkilatları və institutları tərəfindən onun qarşısına qoyulan vəzifələri hələ bütünlüklə yerinə yetirməyib. Ona görə də Qubad İbadoğlunun azad olunması və fəaliyyətini davam etdirməsi Qərbə çox lazımdır.

Burada bir həssas məqam var. Bu da ondan ibarətdir ki, Qərb açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışır. Hansısa cinayətkarın yerli qanunlarla cəzalandırılmasını yox, Qərbin istəyinə uyğun şəkildə onunla davranması istənilir. Bu isə Qərbin bəyan etdiyi prinsiplərlə daban-dabana ziddir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO