Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA

Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA

Hazırda oxunan: Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA

183761

Hazırda ölkədə müqəddəs Ramazan ayı davam edir. Bununla bərabər Novruz bayramı ilə əlaqədar tətil günləri də Ramazan ayına təsadüf edir. Tətillə əlaqədər insanlar rayonlara səfər edir. Bəs rayonlara səfər zamanı insanlar oruc tuta bilərmi?

Bizim.Media xəbər verir ki, manset.az saytı məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənlidən açıqlama alıb.

O, uzaq yola çıxanların orucunun batil olduğunu bildirib.

“20-25 km-dən artıq uzaq məsəfəyə gedənlərin orucları batil olur. Əgər gedəcəkləri yer qısa məsafəyədirsə, gedib-gəlib orucunu davam etdirə bilərlər. Amma uzaq məsafəyə gedirsə, bu artıq orucun batil olmağı deməkdir".

"Əgər uzaq məsafəyə səfər etsə belə şəxs özü istəmirsə, bu zaman orucunu açmaya da bilər. Bu günah sayılmır. Amma narahat olursa, açmalıdır. Digər tərəfdən kimsə əgər evdə oturub gün ərzində harasa getməyi planlaşdırırsa, oruc tutmuyum bu artıq günah hesab olunur.
"Çünki sən artıq səfərdə olduğun zaman orucu poza bilərsən. Nəzərdə tutduğun səfərə görə orucu poza bilməzsən”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO