Biləsuvarın Ağalı kəndinin yolları bərbad vəziyyətdədir – FOTO/VİDEO

Biləsuvarın Ağalı kəndinin yolları bərbad vəziyyətdədir – FOTO/VİDEO

Hazırda oxunan: Biləsuvarın Ağalı kəndinin yolları bərbad vəziyyətdədir – FOTO/VİDEO

183745

Uzunboğaz çəkmə olmasa bu yolardan keçmək çətindir

5000-ə yaxın əhalisi olan Biləsuvar rayonun Ağalıkənd kənd sakinləri daxili yolların bərbad olmasından narazıdırlar.

Bizim.Media-nın yerli bürosu sakinlərin sözlərinə istinadən xəbər verir ki, yağışlı aylarda bu kənd yolları ilə hərəkət etmək nəinki piyadalar, eləcə də nəqliyyat üçün kifayət qədər çətindir.

Yağışlardan sonra isə kəndin yollarında daha da böyüyərək çuxurlar aydın görünür. Fövqəladə hadisə, təcili, səhiyyə xidməti zamanı kəndin yolları əlverişsiz olduğundan kifayət qədər gecikmə olur. Müsahibimiz Nərminə xanım qeyd edir ki, bərbad olan yollar 2 şəhid adına küçədən də keçir. Az-az yerlərdə qum izlərinə rast gəlsək də yolların çox hissəsis palçıq gölməçələrdən ibarətdir.
Qeyd edək ki, bizi Biləsuvar rayon mərkəzindən kəndə aparan yol standartlara uyğundur, lakin kəndə daxil olmaq üçün nəqliyyat, eləcə də piyadalar üçün də yarasız yollarla irəliləməlisiniz.

Elə kənd sakinləri də bildirirlər ki, qonaq-qara gələndə bu yollar onları əməlli-başlı utandırır.

Yağışlı hava uzun müddət davam edən də su yaxın evlərin zirzəmisinə də daxil olur. Yolun əlverişsizliyindən ən çox əziyyət çəkən isə uşaqlar və qadınlardır. Uşaqların məktəbə getmək problemi varsa, qadınlar da yoldan keçib gələn ailə üzvlərinin palçığa batmış  üst-başlarını bütün günü təmizləmək məcburiyyətindədir. Sürücü Tərlan Mehrəliev bildirir ki, bu yol sayəsində idarə etdiyi "Niva" markalı maşının belə tez-tez sıradan çıxan hissələrini dəyişməyə məcburdur. Kənd sakini İlham kişinin sözlərinə görə isə hər evdə uzunboğaz çəkmə var. Çünki yağış yağanda bu bərbad yoldan keçib getməyə ümidimiz yalnız bu çəkmələrə qalır.

Kənd sakinlərinin şikayətinə münasibət bildirən yerli kənd bələdiyyə sədri Ülfət Bağırov narazılıqların haqlı olduğunu bildirdi. O, şifahi olaraq bildirdi ki, bayram tətilindən sonra kənd sakinlərinə vergi bildirişləri paylanacaq. Çünki kənd daxili yolların təmiri yalnız bələdiyyə vergisi hesabına həll edilir. Kənd sakinləri isə təxminən 140 minə çatan vergi borclarını ödəməyiblər.

Adətən kəndlilər məhz aprel-may təsərrüfat mövsümündə vergiləri ödəyə bilirlər.

"Kəndin daxili yolları 29 kilometr təşkil edir, bir neçə yaşayış küçələri var ki, onların əsaslı surətdə yenilənməsi vacibdir"
Ümid edək ki, kəndin problemlərini həll etmək istiqamətində hər bir qrum, eləcə  də kənd sakinləri özlərindən asılı vəzifələri layiqincə yerinə yetirib tez bir zamanda yolun əlverişli vəziyyətə gəlməsinə nail olacaqlar.
 







Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO