Naxçıvanda bəzi fərdi yaşayış evlərini su basdı - FOTO/VİDEO

Naxçıvanda bəzi fərdi yaşayış evlərini su basdı - FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanda bəzi fərdi yaşayış evlərini su basdı - FOTO/VİDEO

183464

Naxçıvanda bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Qüvvələr tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO