Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO 

Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO 

Hazırda oxunan: Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı - FOTO 

183090

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, görülən tədbirlər nəticəsində Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Federasiyasında oğurluğa görə dəfələrlə məhkum olunmuş Şirxan Muxtarov saxlanılıb. 

Ondan 7 kiloqram marixuana, 600 qram heroin, yarım kiloqram psixotrop maddə metamfetamin və 120 ədəd metadon həbi aşkar edilib.
Araşdırmalar zamanı Şirxan Muxtarovun Şəki rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO