Dövlət büdcəsi hesabına göstərilən narkoloji yardımın minimal standartlarında dəyişiklik edilib

Dövlət büdcəsi hesabına göstərilən narkoloji yardımın minimal standartlarında dəyişiklik edilib

Hazırda oxunan: Dövlət büdcəsi hesabına göstərilən narkoloji yardımın minimal standartlarında dəyişiklik edilib

182608

“Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartları”nda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, dəyişikliklə bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından qat-qat artıq birdəfəlik istifadəsi nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu) vəziyyətdə) təxirəsalınmaz tibbi tədbirlər standartlar sırasından çıxarılıb.

Belə ki, narkoloji xəstəliklərə düçar olmuş şəxslərdə bu xəstəliklər nəticəsində onların həyatı üçün təhlükə yaradan hallarda (kəskin psixotik pozuntular, qıcolmalar, narkotik vasitələrin və psixotrop maddələrin nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu) vəziyyətdə) təxirəsalınmaz tibbi tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarından biri olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO