Keçmiş məhkum yük avtomobilinin qarşısını kəsib sürücünü soydu - FOTO

Keçmiş məhkum yük avtomobilinin qarşısını kəsib sürücünü soydu - FOTO

Hazırda oxunan: Keçmiş məhkum yük avtomobilinin qarşısını kəsib sürücünü soydu - FOTO

182518

Bakının Xəzər rayonunun Binə qəsəbəsində quldurluq hadisəsi baş verib. Gecə saatlarında naməlum şəxs yol ilə hərəkət edən yük avtomobilinin qarşısını kəsərək sürücüyə kəsici alətlə xəsarət yetirib və üzərində olan pul vəsaitini ələ keçirib. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər oğurluq, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmuş Məmmədov Tariel saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs quldurluq hadisəsini törətməmişdən öncə qəsəbə ərazisində bir neçə avtomobilin yan şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından bank kartları, pul vəsaiti, maqnitofon və digər əşyalar oğurlayıb.  
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. 





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO