“Belələri xalqa ağıl öyrətməməlidir” - Elçin Şıxlı kanallardakı biabırçılıqdan DANIŞDI  

“Belələri xalqa ağıl öyrətməməlidir” - Elçin Şıxlı kanallardakı biabırçılıqdan DANIŞDI  

Hazırda oxunan: “Belələri xalqa ağıl öyrətməməlidir” - Elçin Şıxlı kanallardakı biabırçılıqdan DANIŞDI  

182410

Sosial problemlərə həsr olunan verilişlər dünyanın hər yerində var. Sadəcə olaraq onları abırlı şəkildə aparmaq lazımdır. Abırsız, normal insanları görəndə gizlənməli olan adamlar gəlib xalqa ağıl öyrətməməlidir. Hər cür fırıldaqçı, tibbdən anlayışı olmayan insanları həkim kimi təqdim etmək, yaxud, hansısa bir “çadır müğənnisi”ni Pavarottiyə bənzətmək milləti aldatmaq deməkdir”. 

Bizim.Media xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib. 

Tanınmış ziyalının fikrincə, belə verilişlərin səviyyəsini qaldırmaq lazımdır: 

“Bunun üçün də səviyyəli televiziya kanallarına, rəhbərlərə, aparıcılara və jurnalistlərə ehtiyac var. Bunlar olmayan yerdə təbii ki, Prezident Administrasiyası da belə verilişlərdən narazı qalacaq və irad bildirəcək. Hər şeyə peşəkarcasına yanaşmaq lazımdır. Televiziyaların kandarına belə buraxılmayacaq adamları içəri keçirib millətin başına çıxarmaq olmaz. Bu məsələlərə diqqət edilsə, normal sosial yönümlü verilişlər hazırlamaq və aparmaq olar”. 

Qeyd edək ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. 

Kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO