Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi həbs edildi

Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi həbs edildi

Hazırda oxunan: Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi həbs edildi

182258

Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin rəisi Hafiz Əliyev dələduzluq ittihamı ilə həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, H.Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90 min manat pulunu ələ keçirib.

Bir müddət sonra zərərçəkmiş İlqar Qurbanov vəfat edib. Onun hüquqi varisi kimi tanınan həyat yoldaşı H.Əliyevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Təqsirləndirilən ədliyyə əməkdaşı haqda istintaq dövründə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə H.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, H.Əliyev 2019-2023-cü illərdə sözügedən vəzifəni icra edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO