Metropolitenə bu il 35 qatar gətiriləcək

Hazırda oxunan: Metropolitenə bu il 35 qatar gətiriləcək

182050

“Tədqiqatlar apardıqdan sonra aydın oldu ki, “20 Yanvar” layihəsinə 7 bağlantı, 7 yol qovşağı ilə birlikdə baxırıq”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, əsas problem “20 Yanvar” deyil:

“Bu həll olunsa, digər istiqamətlərdə biz bu tıxacla rastlaşacağıq. Ona görə məsələyə kompleks baxırıq”.

O qeyd edib ki, cari il ərzində qatar parkının da sayı 2 dəfə artacaq:

“Metropolitenə bu il 35 qatarın gətirilməsi gözlənilir. Bu da problemlərin həllinə yönələcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO