“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Qəbələ rayonunda bir sıra aksiyalar keçirilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq qəbələlilər də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına qoşulub. İlk aksiya çərçivəsində rayonun şəhərətrafı və yolların kənarındakı boş ərazilərdə 4 min ağac əkilib.
Aksiyanın ilk keçirildiyi bir hektar yarım ərazidə 2700 ədəd Eldar şamı, 300 ədəd Alyandır (Leylandıra - red), 29 ədəd Kremlyovsk yolka, 1000 ədəd Fatunya olmaqla ümumilikdə 4029 ədəd ağac əkilib.
Ağacəkmə aksiyalarının növbəti həftələrdə də davam etdirilməsi nəzərdə tutulur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu