Laçın, Zabux və Füzulidə də buraxılış imtahanı keçiriləcək

Laçın, Zabux və Füzulidə də buraxılış imtahanı keçiriləcək

Hazırda oxunan: Laçın, Zabux və Füzulidə də buraxılış imtahanı keçiriləcək

181877

Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) Laçın, Füzuli və Zəngilan rayonlarında buraxılış imtahanı keçirir. DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəbdə, Zabux kənd tam orta məktəbində və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə buraxılış imtahanı keçirir.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Xatırladaq ki, bu gün DİM respublikanın 33 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir və bu imtahanlarda 53 min 102 şagirdin iştirakı nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO