Qəbələnin Daşca kəndində mavi yanacaq problemi nə vaxt aradan qaldırılacaq? – FOTO  

Qəbələnin Daşca kəndində mavi yanacaq problemi nə vaxt aradan qaldırılacaq? – FOTO  

Hazırda oxunan: Qəbələnin Daşca kəndində mavi yanacaq problemi nə vaxt aradan qaldırılacaq? – FOTO  

181771

Qəbələnin Daşca kəndinin bir hissəsi mavi yanacaqla təmin olunub, digər hissəsi isə illərdir ki, qohum-əqrabaya həsədlə baxır. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, Qəbələnin Daşca kəndi Böyük Qafqazın ətəklərində yerləşdiyindən burada payız erkəndən gəlir, yaz da bir o qədər geçikir. 

Bu səbəbdən Daşca kəndində soyuqlar düşən kimi sakinlərin də giley-güzarı artır. Odur ki, indi sakinlər qış aylarının bitməsinə görə az da olsa sevinirlər. 

Qeyd edək ki, mavi yanacaq problemini bu kəndin bir hissəsi yaşayır. Artıq illərdir ki, Daşcanın bir hissəsi qazlaşdırılsa da, başqa bir hissəsinə nə qaz xətti çəkilib, nə də bu haqda fikirləşən var. 
Sakinlər bildirir ki, qışın sərt aylarında onlara orta hesabla ayda 500-800 manat xərc tələb olunur ki, ailəni qışdan çıxara bilsinlər. Məsələ ilə bağlı sakinlər dəfələrlə müvafiq orqan və təşkilat qarşısında məsələ qaldırıb. Lakin sakinlər qışda donmamaq üçün yanacaq kimi odun, fındıq qabığı kimi vasitələrdən istifadə etməli olurlar. Ancaq dediklərinə görə, bu da onlara ucuz başa gəlmir. Sakinlərin bu haqlı tələbini “Azəriqaz” İstehsalat Birliyinin Qəbələ xidmət sahəsinin əməkdaşlarının diqqətinə çatdırdıq. Bildirildi ki, hazırda kəndin geri qalan hissəsinin qazlaşdırılması dayansa da, bu problem qısa zamanda aradan qaldırılacaq. Qurum rəsmisi, eyni zamanda qazlaşmanın yarımçıq dayandırılmasına da aydınlıq gətirib. Belə görünür, daşcalılar növbəti qışı evlərində mavi yanacaqla qarşılaya biləcək. Xidmət sahəsindən verilən vədlər təsdiqini tapsa, Daşca kənd sakinləri hamılıqla mavi yanacaqla təmin olunacaq. 

Mövzuya qayıdacağıq. 











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO