Məhkum qadınları belə təbrik etdilər - FOTO

Məhkum qadınları belə təbrik etdilər - FOTO

Hazırda oxunan: Məhkum qadınları belə təbrik etdilər - FOTO

181735

Martın 8-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Muxtar respublikanın Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşı Nuranə Kərimova və Penitensiar Xidmətin əməkdaşı Nizami Nəcəfov çıxış ediblər. Əməkdaşlar əlamətdar gün münasibətilə məhkum qadınları təbrik edib, onlara sağlamlıq, ailə səadəti və qadın xoşbəxtliyi arzulayıblar.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanda qadınlara, uşaqlara, onların hüquqlarının müdafiəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışılıb.
Sonra qadın məhkumlara hədiyyələr verilib.

Tədbir çay süfrəsi arxasında davam edib. Ədliyyə Nazirliyinin əməkdaşları məhkumlarla səmimi söhbət aparıblar.

Tədbirin bədii hissəsində məhkumlar musiqi sədaları fonunda xoş dəqiqələr keçirib, tədbirin təşkilinə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən məhkum qadınlara yaxınları ilə əlavə görüş və uzadılmış telefon danışıqlarına icazə verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO