Xatırladaq ki, bir neçə gün əvvəlxa0saytımızdaxa0“Seyid Ağa”x9d vəsiqələrinin verilməsi barədə məlumat vermişdik. Belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.Tağıyev Elnur Mirverdi oğlunun seyidliyini təsdiqləyən sənəd QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilmişdi. Sənəd onun imzası və şəxsi möhürü ilə təsdiqlənmişdi.xa0
Qafqaz Müsəlmanları İdarəsindən isə heç bir vətəndaşa bu tip vəsiqənin verilmədiyi qeyd olunmuşdu və “Bu, qazinin şəxsi təşəbbüsü olub. Möhürdən də göründüyü kimi, bu idarənin yox, qazinin möhürüdür”x9d, -deyə açıqlamaxa0verilmişdi.
Vəsiqənin Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verildiyi qeyd olunsa da, o,xa0bunu təkzib etmişdi.



































































































