Bakıda evdən qızıl külçələr oğurlandı - FOTO

Bakıda evdən qızıl külçələr oğurlandı - FOTO

Hazırda oxunan: Bakıda evdən qızıl külçələr oğurlandı - FOTO

18164

Bakıda evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib.

Ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan ədəd qızıl külçələr oğurlayıb.

Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin  külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlaa bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO