Bakıda bazar günü və hər gün axşam saat 10-dan səhər saat yeddiyə qədər parkinq pulsuzdur. Amma saatların belə seçilməsi əksər sürücülərin ürəyincə deyil.
Bizim.Media xəbər verir ki, məsələ qanunvericilikdə bu şəkildə tənzimlənsə də, sürücülər hesab edirlər ki, səhər saat yeddi hər kəsə sərf edən vaxt deyil.
Sürücülər hesab edirlər ki, pulsuz parkinq üçün seçilən vaxt, verilən müddət yetərli deyil.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər ki, parklanma qaydaları və tarifləri Nazirlərinin Kabinetinin qərarına uyğun olaraq tənzimlənir.
Daha ətraflı “Xəzər Xəbər”in reportajında:
Bizim.Media