Mayın 13-ü başlayan Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi bu gün də davam etdiriləcək.xa0
Danışıqlar 4 əsas istiqamət üzrə: siyasi, təhlükəsizlik, ticarət və investisiya məsələləri üzrə aparılır.
Bu istiqamətlər barədə Gənc Demokratlar İnstitutunun rəhbəri, siyasi şərhçi Yeganə Hacıyeva Moderator.az ilə düşüncələrini bölüşüb.
"Danışıqların təşəbbüsçüsü kimi keçən il ölkəmizə səfər etmiş Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Bakıya səfəri və bu səfər zamanı prezident İlham Əliyevə Avropa İttifaqı və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın artırılması, tərəfdaşlar kimi birgə fəaliyyət göstərilməsi və əlaqələrin tam şəkildə inkişaf etdirilməsinə dair birgə fəaliyyət təklifi irəli sürməsini göstərə bilərik.xa0
Ümümiyyətlə qeyd edim ki, Azərbaycan uzun müddətdir Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində iş aparılır. Azərbaycanın Avropaya inteqrasiyasına marağının nəticəsidir ki, ölkəmiz Şərq Tərəfdaşlığı prosesinə qoşulub.xa0
Qeyd etmək istəyirəm ki, Azərbaycan Avropa üçün sıradan bir tərəfdaş deyil, Azərbaycan Aİ enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı tərəflər üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Avropa Birliyi ilə mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində danışıqları davam edir: “Avropa Birliyi və Azərbaycan münasibətləri beş əsas istiqamət - qanunvericilik, nəqliyyat, struktur dəyişikliyi, enerji və mübadilə və s. proqramlar üzrə qurulur. Uzun illərdir ki Azərbaycan Aİ ”“nin TRACECA - Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişafı program layihələrini, INOGATE- Avropaya dövlətlərarası neft və qazın ixracı proqramı layihələrini uğurla iştirak edir və həyata keçirir.
Danışıqların tarixi
- 2009-cu ildə Azərbaycanın qoşulduğu Şərq Tərəfdaşlığı Təşəbbüsü, viza və readmissiya haqqında sazişlərin imzalanması, həmçinin enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə əlaqələrin daha da genişlənməsinə və Aİ tərəfindən Assosiativ üzvlük təklifi yaranmasına zəmin yaratdı. Sözü gedən Şərqi Avropa Qonşuluq Siyasəti Aİ tərəfindən tərəfdaş ölkələri üçün vahid formatın təsis edilməsini, bütün sahələr üzrə standarların yaxınlaşdırılmasını nəzərdə tutan platforma Gürcüstan, Ukrayna və digər iştirakcı ölkələr kimi Azərbaycanı da əhatə etdi.
Assosiativ sazişdən imtina
- 2013-cü ildə isə Azərbaycan Aİ-nin Assosiasiya sazişi təklifini qəbul etməyib, bunun əvəzində Aİ-yə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsaslanan strateji tərəfdaşlıq sazişi təklif etdi. 2014-cü ildə Azərbaycanla Aİ bu istiqamət üzrə danışıqlardakı qısa fasilədən sonra, 2016 -cı il sentyabr ayından isə Avropa Birliyi-Azərbaycan arasında mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində fəaliyyət tam bərpa olundu, Azərbaycan və Aİ komissiyaların altkomitələrində birgə fəaliyyətini bərpa etdilər, oktyabr ayında isə Aİ ilə strateji tərəfdaşlıq sazişinə dair danışıqların başlanmasına dair mandat aldı və keçən ilin son iki ayında ticarət, energetika, nəqliyyat, ekologiya, təhlükəsizlik, insan haqları, təhsil və digər sosial məsələlər üzrə altkomitələr iclaslarına baş tutdu . Azərbaycan və Aİ ilə Strateji Tərəfdaşlıq haqda sazişin imzalanmasına dair fəaliyyətin həyata keçirilməsi tam gücü ilə davam edir və sazişin imzalanması ilə Azərbaycanla Aİ arasında əməkdaşlığı daha yüksək səviyyəyə qalxacaq.
Strateji Tərəfdaşlıq Sazişi
- Strateji Tərəfdaşlıq Sazişi detallarına varsaq, saziş özlüyündə bir sıra sistemli islahatlara təşviq olacaq proqramların həyata keçirilməsini nəzərdə tutur, məsələn Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin standartlarına, beynəlxalq ticarət normalarına uyğunlaşdırılması, yüksək səviyyədə iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və siyasi, təhlükəsizlik dialoqunun aparılması, Azərbaycan mallarının Aİ bazarlarına daxil olmasını asanlaşdırmasını proqramlarının və s. həyata keçirilməsini nəzərdə tutur. Hal hazırda Azərbaycan və Aİ-nın 14 üzv ölkəsi ilə hökumətlərarası komissiya, 2 üzv ölkəsi ilə işçi qrupu fəaliyyət göstərir.
Viza məsələsi
- Azərbaycana qarşı da viza rejiminin ləğvi ilə bağlı razılaşmanın olmasına nə mane olur sualına gəlsək, bunu deyə bilərəm ki, Aİ Azərbaycanla bütün digər sahələrdə olduğu kimi viza məsələsində də əməkdaşlığın dərinləşməsində maraqlıdır. Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş mövcuddur. Viza rejiminin sadələşdirilməsi barədə sazişin uğurla həyata keçirən, Aİ miqrasiya qaydalarının pozmamış Azərbaycan, növbəti pillə kimi Avropa ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək. Belə ki Azərbaycan tərəfindən Aİ və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Ümimiyyətlə Aİ nin dövlətlərə tətbiq etdiyi mexanizm belədir ki, əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır. Ölkəmiz isə pilləli olaraq bu fəaliyyəti hayata keçirir."





























































































