Uşaqları diləndirən valideynlər barəsində məhkəmələrə müraciət olunub

Uşaqları diləndirən valideynlər barəsində məhkəmələrə müraciət olunub

Hazırda oxunan: Uşaqları diləndirən valideynlər barəsində məhkəmələrə müraciət olunub

181267

Ötən il uşaqları avaralıq və dilənçiliyə cəlb edən 345 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında qeyd olunub.

Məlumata görə, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 5 446, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 342 azyaşlı gətirilib. 
Onlardan 654-ü polisdə profilaktiki qeydiyyata götürülüb. Valideyn himayəsindən kənarda qalmış və sosial təhlükəli vəziyyətlə üzləşmiş 150 azyaşlı körpələr və uşaq evlərinə, sosial sığınacaqlara yerləşdirilib, zəruri yardım, himayə və köməklik göstərilməsi üçün səhiyyə, sosial-müdafiə və digər dövlət qurumlarına 168 məlumat və müraciət ünvanlanıb. Valideynlərdən 38 nəfəri profilaktik nəzarətə götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO