“Azərbaycanda elektrik xətti olmayan kənd yoxdur”.
Bu açıqlamanı Bizim.Media-ya “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu verib.
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslər üçün illik elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşib
O bildirib ki, bütün kəndlər elektrik enerjisi ilə təmin olunub:
“Yaşayış olan ən ucqar kəndlərdə belə elektrik mövcuddur. Ola bilsin ki, bəzi kəndlərdə elektrik xətləri yenilənir”.
Qeyd edək ki, dünən yerli mediada Masallı rayonunun iki - Ulum və Dico kəndlərinə ilk dəfə elektrik xəttinin çəkiləcəyi və elektrik enerjisi ilə təmin olunacağı haqqında məlumat yer alıb.
Həmin kəndlərin rayon mərkəzindən 20-25 kilometr aralıda dağlıq ərazidə və çətin relyefdə yerləşdiyi qeyd edilib. Məlumatda sözügedən kəndlərdə hazırda ümumilikdə 3 ailənin yaşadığı da öz əksini tapıb.
Günay Şahmar, Bizim.Media