Ermənistanda saxlanılan hərbçimizin atası: “Onlayn görüş təşkil edəcəklər”

Ermənistanda saxlanılan hərbçimizin atası: “Onlayn görüş təşkil edəcəklər”

Hazırda oxunan: Ermənistanda saxlanılan hərbçimizin atası: “Onlayn görüş təşkil edəcəklər”

180987

Xəbər verdiyimiz kimi, 28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.

Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.

Bizim.Media-nın əməkdaşı hərbçimizlə bağlı yeni məlumat almaq üçün Ruslan Pənahovun atası ilə əlaqə yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda saxlanılan əsgərimizlə bağlı Qızıl Xaç Komitəsindən ÖZƏL AÇIQLAMA 


Eldəniz Pənahov bildirib ki, məsələ ilə bağlı dövlət qurumları mütəmadi iş aparır: 

“Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir.

Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qırmızı Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib”.  

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO