Milyonları Türkiyəyə daşıyan oliqarxların əmlak bazarları niyə çökür? – FAKTLAR

Milyonları Türkiyəyə daşıyan oliqarxların əmlak bazarları niyə çökür? – FAKTLAR

Hazırda oxunan: Milyonları Türkiyəyə daşıyan oliqarxların əmlak bazarları niyə çökür? – FAKTLAR

18083

Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanın yaydığı məlumatına  görə 2021-ci ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 251 daşınmaz əmlak satın alıb. Müqayisəyə görə qeyd edək ki, bu rəqəm 2020-ci ilin eyni dövrü ilə 33 obyekt azdır.

Təkcə bu ilin mart ayının göstəricilərinə görə, həmyerlilərimiz Türkiyədə 106 daşınmaz əmlaka sahib olublar, bu da ötən ilin eyni ayına görə 11 obyekt çoxdur.

Son zamanlarda Türkiyədə lirənin dəyərdən düşməsi alqı-satqı bazarında da əmlakların ucuzlaşmasına gətirib çıxarıb. Ölkənin əmlak bazarı bəlkə də son illərin ən ucuz dövrünü yaşayır. Məhz bu səbəbdən də demək olar ki, bu dəqiqə dünyanın hər bir yerindən Türkiyə əmlak bazarına axın var. 

Lakin 2020-ci ilnən müqayisədə azərbaycanlıların qardaş ölkədəki alıcılıq qabliyyətinin zəifləməsini aydın şəkildə görünür.

Ekspertlərin fikrincə, bunun səbəblərindən biri pandemiya səbəbi ilə xaricə gediş- gəlişin çətinləşməsidir.

İqtisadçı ekspert Nazim Bəydəmirli Bizim.Media-ya açıqlamasında bunun əsas mənbəyinin korrupsiya pulundan, məmur sahibkarlığından qaynaqlandığını deyib.

Onun sözlərinə görə,  son zamanlar korrupsiyaya görə həbs olunan məmurların çoxalması, bəzilərini qorxuya salıb və onlar çox ehtiyatla davranmağa məcburdur. Bu da əmlak bazarında durğunluğa gətirib çıxarıb.

“Əvvəlki illərin təcrübəsinə baxdıqda görürük ki, elə illər olub ki, azərbaycanlılar Türkiyə bazarına 600 milyon -1 milyard sərmayə yatırıb. Əsas olaraq da bunların mənbəyini də korrupsiya pulları, məmur sahibkarlığı təşkil edib.

Azərbaycanda son illərdə həm  pandemiya dövründə, həm də pandemiyadan əvvəl müxtəlif məmurların xaricdə olan mal-mülklərinin jurnalist araşdırmaları vasitəsilə ortalığa çıxması, bu səpgidə olan yazılardı ki, onları ehtiyatla davranmağa məcbur edib. Düşünürəm ki, adı vətəndaşlar ölkədən bu qədər məbləği çıxarıb, xarici ölkədə əmlaka vəsait yatıra bilməz”. 

Ekspert digər faktor kimi Azərbaycan iqtisadiyyatının daralmasını səbəb göstərib.

Onun fikirncə ümumiyyətlə ölkədən çıxarılan böyük pulların qarşısı alınmalı və buna qarşı ciddi addımlar atımalıdır. Çünki, çıxarılan pullar valyuta ehtiyatına təsirsiz ötüşmür:

“Buna qarşı ciddi addımlar atılmalıdır, çünki ölkədən çıxarılan böyük pullar, valyuta ehtiyatına mənfi təsir göstərir və bu da manata olan təzyiqi artırır. Onsuz da ölkədən çıxarılan pulların çox hissəsi çirkli pullardır. Həmin bu çirkli pullarda bizim, sizin və digər vergi ödəyicilərinin ödədiyi dövlət büdcəsindən olan vəsaitlərdir. Çox təssüf edirəm ki, bu da artan xətlə hələ də davam edir”.

N. Bəydəmirli son zamanlar Türkiyə bazarında daşınmaz əmlakın dəyər itirməsi səbəbilə orada ev almaq istəyənlərin də sayında artım olduğunu vurğulayıb.

“Azərbaycanda xüsusilə Bakı şəhərində daşınmaz əmlak çox bahadır. Bunun səbəbi də monopoliyadır. Bu bahalanma da binaların tikintisi zamanı istifadə edilən əsas materialların “armatur”, sement və digərlərinin monopoliya istehsalında olmasından qaynaqlanır”.

Vüsalə Balayeva. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO