Rauf müəllim, 80 yaşın mübarək!

Rauf müəllim, 80 yaşın mübarək!

Hazırda oxunan: Rauf müəllim, 80 yaşın mübarək!

180480
Rauf Əli oğlu Pənahov 1937-ci il iyun ayının 5-də Bakı şəhərində anadan olub. Bu gün görkəmli dövlət xadimin 80 yaşı tamam olur.Rauf müəllimin 61 il əmək stajı var. 1972-ci ildən Bakı meriyasında çalışır. Bakının memarlığı, tikintisi və abadlaşdırılmasında bu halal, saf insanın xidmətləri əvəzsizdir. 2001-ci ildən ümummilli lider Heydər Əliyevin sərəncəmı ilə BŞİH başçısının müavinidir. Rauf müəllim həm də üzvü olduğum dini komissiyanın sədridir. Komissiyamızın bütün üzvləri adından yubilyarı təbrik edir, uzun ömür, cansağlığı arzu edirəm.xa0

Rauf müəllim 80 yaşın mübarək!xa0

Mərdəkanla oyanırsan.yatırsan,xa0
Göy Xəzərin "gədiyinə" varırsan,xa0
Elə tez-tez xəyallara dalırsan,xa0
Rauf müəllim 80 yaşın mübarək!xa0

Dostlarının dadına tez çatırsan,xa0
Vətənini bir qibləgah sanırsan,xa0
Bakı üçün 60 ildir "yanırsan",xa0
Rauf müəllim 80 yaşın mübarək!xa0

Adın Allah adlarından biridir,xa0
Allah adamının doğum günüdür,xa0
Vətən onun vicdanıdır,dinidir.xa0
Rauf müəllim 80 yaşın mübarək!xa0

Qəlbin pakdı.arzuların ülvidi,xa0
Şəxsiyyətin necə sadə.adidi.xa0
Vüqar Əhməd qardaş sayır əbədi,xa0
Rauf müəllim 80 yaşın mübarək!xa0

Vüqar Əhməd
folologiya elmləri doktoru, professorxa0
5.06.2017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO