“Həmin qəzada hönkür-hönkür ağlamışdım” - İnvestisiya Holdinqinin icraçı direktoru

“Həmin qəzada hönkür-hönkür ağlamışdım” - İnvestisiya Holdinqinin icraçı direktoru

Hazırda oxunan: “Həmin qəzada hönkür-hönkür ağlamışdım” - İnvestisiya Holdinqinin icraçı direktoru

180450

"Bakı Metropoliteni Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə ona görə verilib ki, Azərbaycanda investisiya layihələrinin rolu böyükdür. Metronun inkişaf etdirilməsi, yeni vaqonların alınması ilə bağlı 2022-ci ilə qədər 194, 6 milyon manat vəsait ayrılıb".

Bizim.Media xəbər verir ki, bu fikirləri "Dəyişməyən dəyərlər və dəyişən imkanlar" elmi-praktiki konfransında Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.

O bildirib ki, təhlükəsizlik metroda ən vacib və ön planda olan məsələdir: "1995-ci ildə "Ulduz" və "Nəriman Nərimanov" stansiyası arasında baş vermiş qəzadan danışmaq istəyirəm. "Ginnesin rekordlar kitabı"na ən dəhşətli metro qəzaları siyahısına düşmüşdü. Həmin qəzada hönkür-hönkür ağlamışdım. Həyatımda nadir hallarda elə ağlayıram".

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO