Bu həbsxanalarda normadan artıq şəxs saxlanılıb - HESABAT 

Bu həbsxanalarda normadan artıq şəxs saxlanılıb - HESABAT 

Hazırda oxunan: Bu həbsxanalarda normadan artıq şəxs saxlanılıb - HESABAT 

180410

Penitensiar müəssisələrdə müəyyən edilən əsas problemlərdən biri də sıxlıqla bağlı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.  

İstintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib. Belə ki, 2.500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub.
Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1.050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1.400 nəfərin saxlandığı, 1.200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1.411 məhkumun cəza çəkdiyi müəyyən edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO