Lənkərandan qaçırılan avtomobil Masallıda tapıldı - FOTO

Lənkərandan qaçırılan avtomobil Masallıda tapıldı - FOTO

Hazırda oxunan: Lənkərandan qaçırılan avtomobil Masallıda tapıldı - FOTO

18030

Lənkəranda qaçırılan avtomobil Masallıda aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran rayonunun Girdəni kənd sakini olan şəxsə məxsus “VAZ 2107” markalı avtomobilin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar.

Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Oğurlanmış avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO