Bələdiyyələrin birləşdirilməsi onların fəaliyyətində nəyi DƏYİŞƏCƏK? – AÇIQLAMA 

Hazırda oxunan: Bələdiyyələrin birləşdirilməsi onların fəaliyyətində nəyi DƏYİŞƏCƏK? – AÇIQLAMA 

180107

Azərbaycanda bələdiyyələrin sayının azaldılması gözlənilir. Hazırda ölkədə 1605 bələdiyyə var, bu sayın 500-ə endirilməsi təklif edilib.

Bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bələdiyyələrin hansı qaydada birləşəcəyi MƏLUM OLDU 


Hazırda cəmiyyət bələdiyyələrin fəaliyyətini müsbət qiymətləndirmir. Yarandığı ilk vaxtlarda daha aktiv olan institutun indi konkret nə iş gördüyü müzakirə mövzusudur. Ona görə də bələdiyyələrin birləşməsinin onların fəaliyyətinə təsiri maraqlıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bələdiyyər haqqında təklifləri müsbət qiymətləndirib:

“İstiqamət olaraq bələdiyyələrin sayının azaldılması və böyüdülməsi doğru istiqamətdir. Amma bu, yetərli deyil, növbəti addımlara ehtiyac var.

Növbəti addım böyüdülmüş bələdiyyələrin səlahiyyətləri məsələsidir. Səlahiyyətləri artırılmalı, özlərinin büdcəsi olmalı, bələdiyyə ərazisində yaşayan insanlara xidmət keyfiyyəti yüksəldilməlidir. 

Bunun üçünsə seçkilərin formatı da dəyişdirilməlidir. Yəni böyük şəhər bələdiyyələri yaradılmalı və bələdiyyə sədrlərinin, başqanlarının seçkiləri birbaşa həyata keçirilməlidir. İndi format fərqlidir, bələdiyyə üzvləri seçilir və üzvlər də özlərinə sədr seçirlər”.

Ekspert hesab edir ki, ölkəmizdə bələdiyyələrin formatı Türkiyədəki kimi olmalıdır:

“Növbəıi addım kimi həm bələdiyyələrin səlahiyyətlərinin artırılması, həm də bələdiyyə sədrlərinin birbaşa seçilməsi yönündə qanunvericilikdə dəyişikliklər olarsa, bu zaman bələdiyyə institutunun gücləndirilməsi və bələdiyyə effektivliyinin artırlmasının şahidi olacağıq. 

Müasir dünyada bələdiyyələr çox vacib rol oynayırlar. Bizdə isə təəssüf ki, bələdiyyələrin heç bir nüfuzu, heç bir səlahiyyəti, xalq arasında problemləri həll edən məkan obrazı yoxdur. Sadə dillə desək, Türkiyə modelinə uyğun bələdiyyəçilik sisteminə keçid etməyə ehtiyac yaranıb”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO