Azərbaycanda bələdiyyələrin hansı qaydada birləşəcəyi MƏLUM OLDU 

Hazırda oxunan: Azərbaycanda bələdiyyələrin hansı qaydada birləşəcəyi MƏLUM OLDU 

180095

Azərbaycanda bələdiyyələrin hansı qaydada birləşəcəyi məlum olub. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. 

Qanun layihəsində qeyd edilir ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. 
Qeyd edək ki, Milli Məclisin Regional komitəsinin martın 1-ə təyin edilən iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) və Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO