Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Bəşəriyyətə qarşı cinayətin törədildiyi və eynilə bu gün olduğu kimi dünyanın izləyici kimi qaldığı Xocalı soyqırımının 32-ci ildönümü... Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı və bacılarımızı rəhmətlə yad edirəm", - deyə o, paylaşımında vurğulayıb.
İnsanlık suçunun işlendiği ve tıpkı bugün olduğu gibi dünyanın seyirci kaldığı #HocaliKatliamı’nın 32. yıl dönümü...
— Selçuk Bayraktar (@Selcuk) February 26, 2024
Unutmadık, unutmayacağız.
Şehit kardeşlerimizi rahmetle anıyorum... ????
Bəşəriyyətə qarşı cinayətin törədildiyi və eynilə bu gün olduğu kimi dünyanın seyrçi… pic.twitter.com/U0rwjesJFu
Bizim.Media