“Azərbaycan bu ölkələrlə əməkdaşlığı genişləndirməlidir” – SORĞUNUN MARAQLI NƏTİCƏLƏRİ 

Hazırda oxunan: “Azərbaycan bu ölkələrlə əməkdaşlığı genişləndirməlidir” – SORĞUNUN MARAQLI NƏTİCƏLƏRİ 

179517

Azərbaycanda əhalinin 60.0%-i türk dünyası əməkdaşlığın genişlənməsini vacib sayır.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləmir? – SORĞU 


Qurumdan bildirilib ki, dünyada ötən illərdə pandemiya, iqtisadi böhran və davam edən hərbi münaqişələr beynəlxalq sistemin dayanıqlılığı ilə müzakirələri gündəmə gətirməklə yanaşı, geosiyasi qeyri-müəyyənlik yeni əməkdaşlıq platformaları istiqamətində axtarışlara da zəmin yaradıb. 

Sosial Tədqiqatlar Mərkəzi bundan irəli gələrək, regionun yüksələn gücü olaraq Azərbaycanın yeni dövrdə milli və regional maraqlar baxımından hansı qrup ölkələrlə əməkdaşlığının daha üstün hesab edildiyi barədə ictimai rəyi öyrənib.

Rəy sorğusunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 60.0%-i türk dünyası ölkələri ilə, 13.7%-i İslam ölkələri ilə, 9.9%-i məhz qonşu ölkələrlə əməkdaşlığına daha çox üstünlük verdiyini bildirib.
Sorğuda iştirak edənlərin 6.6%-i keçmiş sovet ölkələri, 3.3%-i Qərb ölkələri ilə əməkdaşlığını üstün hesab etdiyini ifadə edib. Respondentlərin 2.8%-i digər cavab variantlarını səsləndirib, 3.7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO