Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləmir? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləmir? – SORĞU 

179189

Ölkə əhalisinin 78,2%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin yaydığı məlumatda deyilir. Qurumdan bildirilir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə dövri olaraq rəy sorğuları keçirir.

2024-cü ilin fevral ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına insanların 78.2%-i “bəli, dəstəkləyirəm”, 19.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.3% cavab verməkdə çətinlik çəkib.

Ermənistanın Azərbaycanı beynəlxalq ictimai rəydə aqressor kimi təqdim etmə cəhdlərinə baxmayaraq, keçirilmiş sorğular göstərir ki, Azərbaycan ictimaiyyətinin sülh müqaviləsinə münasibətində dövri olaraq artan müsbət dinamika mövcuddur.
Həmçinin ötən sorğulara əsasən, ölkə ictimaiyyəti sülh razılaşması ilə bağlı müzakirələrin məhz birbaşa, yəni ikitərəfli formatda aparılmasını məqsədəuyğun hesab edir.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO