"Azərbaycan - Türkiyə Universitetinin yaradılması ilə bağlı uzun müddətdir, danışıqlar gedirdi. Hər iki dövlət başçısının bu məsələ ilə bağlı ortaq iradəsi var. Bu universitet Azərbaycan və Türkiyə birliyinin keçmişinin, bu günün, gələcəyinin yeni müstəviyə çıxarılması üçün atılan addımdır. İlkin anlaşmadan sonra müxtəlif sənədlərin imzalanması, birgə işin həyata keçirlməsi nəzərdə tutulur".
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyində Türkiyə-Azərbaycan Universiteti ilə bağlı elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
O bildirib ki, bu layihə müxtəlif universitetlərinin birgə təhsil proqramlarının icrası üçün nəzərdə tutulub:
"Növbəti tədris ilindən etibarən tələbə qəbulunu həyata keçirəcəyik. Partnyorlarımız çoxaldıqca biz həm ixtisasların, həm layihənin və digər komponentlərin həcminin genişləndirilməsi üçün addımlar atacağıq. Bu universitet təkcə Azərbaycan və Türkiyənin yox, ümumilikdə türk dünyasının birliyi üçün yaradılması planlaşdırılır".
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:18 / 21.02.2024
Yeni yaradılan Azərbaycan-Türkiyə universitetinə QƏBUL başlayır – Bu TARİXDƏ
Hazırda oxunan: Yeni yaradılan Azərbaycan-Türkiyə universitetinə QƏBUL başlayır – Bu TARİXDƏ
Hazırda oxunan: Yeni yaradılan Azərbaycan-Türkiyə universitetinə QƏBUL başlayır – Bu TARİXDƏ
179206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.