Xəzər rayonu 156 nömrəli tam orta məktəbinin şagirdləri arasında baş verən hadisə dərsdən sonra, məktəbdən kənar ərazidə baş verib.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında məktəbin direktoru Gülər İsmayılova deyib. O qeyd edib ki, hadisə yanvarın 17-də baş verib:
"Fevralın 14-də video barədə məlumat əldə edilən kimi şagird və valideyni məktəbə dəvət edilib, psixoloq müşayiəti ilə onlarla söhbət aparılır. Videoda olan 2 qızdan yalnız 1-i bizim məktəbin 11-ci sinif şagirdidir. Videonu çəkən və zorakılığa məruz qalan qız isə məktəbin şagirdi deyil. İzahat zamanı məktəbli bildirib ki, onunla zarafat edib və hərəkətindən peşmandır".
Direktor qeyd edib ki, 11-ci sinif şagirdinin hər hansı psixoloji problemi yoxdur və bu günə qədər digər məktəblilərə qarşı neqativ halı olmayıb.
Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir.
- A-
- A
- A+
Cəmiyyət
12:17 / 20.02.2024
156 nömrəli məktəbin direktoru: "Şagird zarafat etdiyini deyib" – VİDEO
Hazırda oxunan: 156 nömrəli məktəbin direktoru: "Şagird zarafat etdiyini deyib" – VİDEO
Hazırda oxunan: 156 nömrəli məktəbin direktoru: "Şagird zarafat etdiyini deyib" – VİDEO
179018
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.