Bakının Xətai rayonunda "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb. Parkda abadlıq və təmizlik işləri görülür.
Bu barədə Bizim.Media-ya açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlama verib.
Onun sözlərinə görə ərazidə park boyu əkilməsi üçün xaricdən mövsümi güllər sifariş edilib. Həmçinin qazon örtüklərinin yenilənməsi işləri aparılır:
“Hər il olduğu kimi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Xocalı prospektində, həmin prospektində yerləşən “Ana harayı” abidə-kompleksinin və park xiyabanda abadlıq işlərinə başlanıb. İl boyu bu ərazi nəzarətimizdə olur. Əlbəttə ki, Xocalı soyqırımının anım günü ilə bağlı bir sıra hazırlıq işləri görülüb. Öncə bütün park xiyaban və abidə-kompleksinin ətrafı nəzərdən keçirilib. İşıq sistemləri yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır.
Hazırda məhəccərlərin, işıq dirəklərinin, bir sıra oturacaq və günlüklərin rənglənməsi həyata keçirilir. Hər il olduğu kimi bu il də Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqırıma aid bannerlərin vurulması və digər işlərin görülməsi nəzərdə tutulur”, - deyə Pənah İmanov qeyd edib.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub.
8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 19.02.2024
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı HAZIRLIQ işlərinə BAŞLANILIB – FOTO
Hazırda oxunan: Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı HAZIRLIQ işlərinə BAŞLANILIB – FOTO
Hazırda oxunan: Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı HAZIRLIQ işlərinə BAŞLANILIB – FOTO
178891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.