Şəkidə zəncirvari QƏZA: 8 maşın... – FOTO  

Şəkidə zəncirvari QƏZA: 8 maşın... – FOTO  

Hazırda oxunan: Şəkidə zəncirvari QƏZA: 8 maşın... – FOTO  

178885

Şəkidə zəncirvari yol qəzası olub, 8 maşına ziyan dəyib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki şəhər ərazisindəki Kiş çayı üzərində olan körpüdə baş verib. 

Qəza nəticəsində xəsarət alan olmasa da, Şəkinin Qoxmuq kəndindən Şəki və əksinə hərəkət edən 4-ü ciddi olmaqla, 8-ə yaxın avtomobilə ziyan dəyib.

İlkin ehtimala əsasən, qəzaya səbəb uzunluğu 420 metr olan körpünün yol örtüyünün buz bağlaması olub. Faktla bağlı araşdırma aparılır. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO