Nazirlik yeni elektron xidməti istifadəyə verdi

Nazirlik yeni elektron xidməti istifadəyə verdi

Hazırda oxunan: Nazirlik yeni elektron xidməti istifadəyə verdi

17867

Aprelin 14-də peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesinə start verilib. Müraciətlərin qeydiyyatı Təhsil Nazirliyinin elektron xidmətlər portalı vasitəsi ilə həyata keçirilir. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, xidmət vasitəsi ilə elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırmanın aparılması nəzərdə tutulub. 
 

MÖVZU İLƏ BAĞLI:

Nazir universitetlərdə vaksinasiya ilə bağlı vəziyyətdən danışdı


Xidmətin elektron formatda həyata keçirilməsində məqsəd bu sahədə aparılan işlərin çevik və keyfiyyətli təşkilinə, müraciətlərin sadə və rahat şəkildə aparılmasına şərait yaratmaqdır.

Vətəndaşların müraciətin hansı mərhələdə olduğunu izləmək imkanı vardır ki, bu da göstərilən xidmətin açıq və şəffaf formada təşkilinə imkan verir. 

Qeyd edək ki, portal.edu.az Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platformadır. Vətəndaşlar bir platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə müvafiq elektron xidmətlərdən faydalana biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO