Ədliyyə naziri vəzifəsini müvvəqəti icra edəcək Azər Cəfərov kimdir? - DOSYE

Ədliyyə naziri vəzifəsini müvvəqəti icra edəcək Azər Cəfərov kimdir? - DOSYE

Hazırda oxunan: Ədliyyə naziri vəzifəsini müvvəqəti icra edəcək Azər Cəfərov kimdir? - DOSYE

178478

Xəbər verildiyi kimi Prezident İlham Əliyev sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Belə ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Dövlət başçısının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncamında F.Məmmədovun adı yoxdur.

Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

Ədliyyə naziri səlahiyyətlərini müvvəqəti icra edəcək Azər Məmməd oğlu Cəfərov kimdir? 

Bizim.Media onun dosyesini təsdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası Azər Cəfərova tapşırıldı - SƏRƏNCAM 


Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub. 

Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlamış, 1982–1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib. 

1986-cı ildə prokurorluq orqanlarına keçirilmiş, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992–2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb. 

2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib.  

II dərəcəli dövlət ədliyyə müşaviri və Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır.

"Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikası medalı, "Azərbaycan Ədliyyəsinin 90 illiyi" xatirə medalı, Rusiya Vəkillər Gildiyasının "Fayda, şərəf və şöhrət" ordeni, "Prokurorluğun fəxri işçisi" döş nişanı və prokurorluğun fəxri fərmanı ilə təltif edilib. 

Evlidir, iki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO