Baş Prokuror ölkə gündəmini zəbt edən qətldən DANIŞDI - “Müəyyən boşluqlar olub” - VİDEO

Baş Prokuror ölkə gündəmini zəbt edən qətldən DANIŞDI - “Müəyyən boşluqlar olub” - VİDEO

Hazırda oxunan: Baş Prokuror ölkə gündəmini zəbt edən qətldən DANIŞDI - “Müəyyən boşluqlar olub” - VİDEO

178399

“Bu, dəhşətli hadisədir. Bizi çox narahat edir. Düzdür, artıq barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi burada daha çox maraqlandıran bu hadisənin baş verməsinə səbəb və şəraitdir”. 

Bizim.Media xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Bakıda 5 ailə üzvünün qətlə yetirilməsi ilə bağlı REAL TV-nin rəhbəri Mirşahin Ağayevlə söhbətində bildirib.

Baş Prokuror bildirib ki, artıq bunun araşdırılması üçün ciddi tapşırıq verilib: 

“Belə şəxsin cəmiyyətdə, azadlıqda olması cəmiyyət üçün təhdiddir. Bununla bağlı aidiyyəti qurumlar qarşısında təkliflər hazırlayacağıq. İndidən hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olub. Ola bilsin ki, boşluqlar qanunlarda, qanunların tətbiqində olub. Ki, belə cəmiyyət üçün təhlükəli olan bir şəxs belə bir hadisəni törədib. Hesab edirəm ki, biz bu barədə ciddi fikirləşməliyik”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO