Türkiyə Azərbaycan şahzadəsinin qəbrinin yerini dəyişdirdi -  FOTO

Türkiyə Azərbaycan şahzadəsinin qəbrinin yerini dəyişdirdi - FOTO

Hazırda oxunan: Türkiyə Azərbaycan şahzadəsinin qəbrinin yerini dəyişdirdi - FOTO

178134
Zeynəl bəyin Türkiyədəki 634 illik türbəsinin yeri dəyişdirilib.

Axar.az xəbər verir ki, Zeynal bəyin türbəsi Həsənkeyf Mədəniyyət Parkında yerləşdirilib. Türbənin dağılmadan daşınması üçün Türkiyə dünyanın ən müasir texnologiyalarından istifadə edib.

Türbə öz əvvəlki yerindən 2 kilometr uzaq məsafəyə yerləşdirilib. Türbənin yerinin dəyişdirilməsi prosesi 3,5 saat davam edib.

Qeyd edək ki, Zeynal bəy Azərbaycanın böyük hökmdarlarından olan Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsənin oğludur. O, 1473-cü ildə Osmanlı ilə Ağqoyunlu arasında olan məşhur Otluqbeli savaşında həlak olub.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO