Vətəndaşlar sığorta şirkətlərindən niyə ŞİKAYƏT EDİRLƏR? 

Vətəndaşlar sığorta şirkətlərindən niyə ŞİKAYƏT EDİRLƏR? 

Hazırda oxunan: Vətəndaşlar sığorta şirkətlərindən niyə ŞİKAYƏT EDİRLƏR? 

177983

Azərbaycan Mərkəzi Bankının yanvar ayı üzrə şikayət indeksini açıqlayıb.
Sənəddə göstərilir ki, ötən ay "Xalq Sığorta" (3,80 indeksi ilə) avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət olub. 

Ən çox şikayət edilən şirkətlər siyahısında - könüllü ləğv edilən "Azərsığorta" 2.10 indeksi ilə (0,51 bənd artım) ikinci, “Bakı Sığorta” isə 1.72 indeksi ilə (əvvəlki ayla müqayisədə 0.05 bənd artım) siyahıda üçüncü olub.

İndeksdə adları açıqlananlar əsasən orta dərəcəli şirkətlərdir

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov, AMB-nin bu açıqlamasını müsbət hal kimi dəyərləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Evimizi niyə SIĞORTALAMALIYIQ? – Vacib DETALLAR 


“Nəzarət güclü olanda sığorta şirkətləri məsələlərin həllinə daha ciddi yanaşırlar. Amma burada anlaşılmayan bir neçə amil var. Belə ki, bəzi iri şirkətlərin sığorta portfeli çox böyük olduğu üçün adlarını həmin siyahıda görə bilmirik, olsa da daha aşağı mövqe tuturlar. 

Sığorta portfeli və şikayət sayları bərabər bölündükdə, şirkətlərin nə qədər bal aldığı və hansı yeri tutduğu bəlli olur. Buna görə də edilən şikayətlərin sayı ümumi siyahıda azlıq təşkil edir. Bu da bəzi məsələlərdə müəyyən problemlərə səbəb olur. Ən çox şikayət olunan və adları açıqlananlar isə əsasən orta dərəcəli şirkətlərdir”.

Şikayətlər nə ilə bağlıdır?

Onun sözlərinə görə, şikayətlər daha çox avtomobillərin mülki məsuliyyətinin icbari sığortası ilə bağlıdır:

“Bu amil mühüm yer tutur. Bu mübahisələrə görə də Mərkəzi Bank bir neçə müsbətyönümlü addım atıb və qanunvericilikdə vətəndaşların xeyrinə dəyişikliklər edib. Dəyişikliklərdən biri də əvvəllər AMB-nin “müstəqil ekspertlərin reyestri” adlanan sistemlə bağlıdır. 

Son dəyişikliklərə qədər sistem vasitəsilə sığorta şirkətləri ekspertlərdən birini seçmək üçün vətəndaşlara imkan yaradırdı. O da ekspertlərdən birini seçirdi ki, bu da ədalətli seçim adlanırdı. Ancaq Mərkəzi Bank həmin qaydaları daha da təkmilləşdirdi. Hətta Mülki Məcəllədə bəzi dəyişikliklər olundu”. 

Bu addımların müsbət olduğunu və vətəndaşlar tərəfindən razılıqla qarşılandığını söyləyən ekspert, bəzi problemlərin də qaldığını dilə gətirib:

“Bu gün iri sığorta şirkətləri vətəndaşları yanlış istiqamətə yönləndirirlər. Belə ki, vətəndaş şirkətə müraciət edir, amma onun qarşısına əvvəlki kimi özlərinin müəyyən etdiyi ekspertin siyahısı qoyulur. Beləcə vətəndaşı onlardan birini seçməyə məcbur edirlər. 

Əksər hallarda isə insanları aylarla süründürməçiliyə məruz qoyurlar. Vətəndaş da bununla bağlı kimə şikayət edəcəyini bilmir. Mərkəzi Banka şikayət etdikdə isə ya heç bir tədbir görülmür, ya da yumşaq siyasət həyata keçirilir.
İnzibati Xətalar Məcəlləsində isə göstərilir ki, əgər mövcud vəziyyət vətəndaşa düzgün izah olunmursa, şirkət rəhbəri cəzalandırılmalıdır. Həmin şəxslər də yaranmış vəziyyətdən öz mənfəətləri üçün istifadə etməyə və öz fikirlərini vətəndaşlara diqtə etməyə çalışırlar”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO