Ordumuzda hansı sahələri daha da inkişaf etdirməyə EHTİYAC VAR? – AÇIQLAMA 

Ordumuzda hansı sahələri daha da inkişaf etdirməyə EHTİYAC VAR? – AÇIQLAMA 

Hazırda oxunan: Ordumuzda hansı sahələri daha da inkişaf etdirməyə EHTİYAC VAR? – AÇIQLAMA 

177977

44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra ordumuzun nüfuzu kifayət qədər artıb. Artıq sülh danışıqları üçün zəmin yaransa da, Ermənistan yenidən təxribatlara əl atdı. Bu da o deməkdir ki, ayıq olmalıyıq, Ermənistana güvənmək doğru deyil. Bu baxımdan hərbi gücümüz daim yenilənməli və inkişaf etdirilməlidir. 

Bəs görəsən, ordumuzda hansı istiqamətləri inkişaf etdirməyə ehtiyac var?

Tanınmış hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib. Ekspert mövzu ilə bağlı bu fikirləri səsləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan TƏKLİF: "Müqavilə əsaslı ordu quruculuğuna keçməliyik"


“Ümumiyyətlə, Ordu elə bir strukturdur ki, orada davamlı yenilənmə, modernləşdirmə və silah arsenalının potensialını artırılması istiqamətində addım atmaq mümkündür. Hər bir ölkə özünün coğrafi ərazisinə və rəqib olduğu ölkələrə uyğun olaraq hərbi imkanlarını formalaşdırır. Azərbaycan Ordusunun son 30 ildə qarşısına qoyduğu tapşırıq birmənalı olaraq Ermənistanla hərbi əməliyyatlara hazırlaşmaq və ərazilərimizin işğaldan azad olunması idi. Böyük ölçüdə məsələni həll etsək də, müəyyən problemlər qalmaqdadır. 

Hazırda Azərbaycan Ordusunun həm strukturlaşmasında yeniliklər həyata keçirilir, həm də silah arsenalında müəyyən işlər aparılır. Müasir tələblərə uyğun olaraq rəqəmsal texnologiyalar prioritet götürülür. Məsələn, pilotsuz uçuş aparatları. Bu aparatların da bir neçə növü var - Kəşfiyyat-müşahidə dronu, silah daşıyan dron, kamikadze dron”. 

O əlavə edib ki, Ordumuzun bir az da güclənməsi üçün ölkənin hava məkanının yaxşı qorunması istiqamətində daha müasir texnologiyalara üstünlük vermək lazımdır: 

“Məsələn, lokal ərazilərin mükəmməl müdafiəsi üçün S-400 hava hücumundan müdafiə (HHM) sistemlərinin əldə edilməsi bizim üçün daha effektiv olar. Azərbaycan “Dəmir qübbə” hava hücumundan müdafiə sistemindən istifadə edir. Lakin bu istiqamətdə daha da güclü sistemə keçmək olar. 

Bir çox hallarda undulur, amma hərbi dəniz qüvvələrinin təkmilləşdirilməsi xeyrimizə olar. Gəmilərin inşası, yeni gəmilərin alınması, Azərbaycanda hərbi gəmilərin inşası üçün daha müasir zavodun yaradılması olduqca aktual məsələdir. Çünki dəniz təhlükəsizliyi bizim üçün əhəmiyyətli istiqamətdir. 
Ümumilikdə isə müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı və tənzimlənməsi ilə bağlı bir çox yeniliyə ehtiyac var”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO