Ramazanda həm oruc tutun, həm sağlam qalın – MƏSLƏHƏTLƏR

Ramazanda həm oruc tutun, həm sağlam qalın – MƏSLƏHƏTLƏR

Hazırda oxunan: Ramazanda həm oruc tutun, həm sağlam qalın – MƏSLƏHƏTLƏR

17751

On bir ayın sultanı Ramazanı Şərifə çatmağın xoşbəxtliyini və həyəcanını yaşayırıq. Bu Ramazan, adi Ramazandan daha çox fərqlidir, əsasən ölkəmizi və dünyanı ağuşuna alan  COVİD-19 epidemiyası səbəbindən uzun müddət ac qalma orqanizmin daha da zəifləməsi qorxusu var.

Bu səbəbdən iftar və sahur zamanı daha çox yemək düşüncəsi ortaya çıxa bilər ki, bu da bəzi sağlamlıq problemlərinə yol aça bilər.

Bundan əlavə, orucun ilk günlərində qidalanma rejiminin dəyişilməsi səbəbindən qəbizlik, qıcqırma, yuxululuq, unutqanlıq, diqqətsizlik, başgicəllənmə, baş ağrısı, qan şəkərinin azalması və artıq çəki alma kimi bir sıra maneələr ilə qarşılaşa bilərsiz.

Lakin düzgün pəhriz və planlaşdırılmış məşqlərlə maddələr mübadiləsinin ləngiməsinin qarşısını ala, immun sistemimizi möhkəm saxlaya bilərsiniz. Hətta Ramazan ayını sağlam və artıq çəki almadan başa vura bilərsiniz. 
 

MÖVZU İLƏ BAĞLI:

Ramazanda həm oruc tutun, həm də kilo verin – Məsləhətlər


İftarda ocaqda, qaynadılmış və ya sobada hazırlanan ət, toyuq və ya zeytun yağlı tərəvəz yeməklərinə, ətli tərəvəz xörəklərinə, paxlalılara (yaşıl lobya, noxud, mərci və.s) üstünlük vermək lazımdır.

Bundan əlavə bu qidaları qatıq, ayran, bol yaşıl salat və bir neçə dilim bütöv tam buğda və ya çovdar çörəyi ilə yemək lazımdır.

İftarda mütləq şəkildə xəmir yeməklərindən, yağda qızarmış xörəklərdən və əsasən şərbətli şirniyyatlardan da uzaq durmaq lazımdır. Şəkərin artıq dərəcədə istifadəsi immun sistemini zəiflədə bilər.

Xurma fol turşusu, kalium, dəmir, fosfor, maqnezium, kalsium və lif mənbəyidir.

2-3 dənə xurma yemək sizin şirni istəyinizi təmin edə bilər. Ancaq xurma qanda şəkərin anidən artmasına səbəb olduğu üçün artıq yeyilməməlidir.

Sahur insanları oruca hazırlayan ən vacib qidadır. Qan şəkərini taraz saxlamaq üçün sahur etmək vacibdir.

Yadda saxlayın, əgər sağlamlığınızı qorumaq, gün boyu özünüzü yaxşı hiss etmək istəyirsinzsə, iftar və sahurda qızartma, kolbasa, sosis, ümumiyyətlə işlənmiş ət məhsulları və şirniyyat yeməyin. Çox yağlı, ədvalı və duzlu yeməklərdən də uzaq durun. Belə qidalanma oruc tutmağımızı çətinləşdirəcək, çünki susuzluğa səbəb olacaq.

Sahurda çox yemək əvəzinə ləng həzm olunan və daha uzun müddət toxluq hissi verən zülal və lifli qidalara üstünlük verilməlidir.
 

Bunlar tam taxıl məhsulları, buğda çörəyi, çovdar və ya kəpəkli çörək, süd məhsulları (qatıq, ayran, süd, kəsmik və s.) yumurta, qoz, qovrulmamış fındıq, badam, quru meyvələr, şəkərsiz kompot və ya təzə tərəvəz və meyvələrdir.


Bundan əlavə 1,5-2 litr suyu iftar və sahur yeməkləri arasında qarşılamağa çalışın.

Bişirəcəyimiz təzə və ya qurudulmuş meyvə kompotlarına isə çalışdığımız qədər şəkərsiz və ya 1-2 litr suya maksimum 1 xörək qaşığı şəkər əlavə edib hazırlamalıyıq.

İftardan 1 saat keçdikdən sonra isə 40 dəqiqə etdiyimiz yürüş maddələr mübadiləsini sürətləndirəcək və gümrah hiss etməyimizə kömək edəcək.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO