Kürdəmirdə anasını və qonşusunu qətlə yetirən 43 yaşlı kişi SAXLANILDI  

Kürdəmirdə anasını və qonşusunu qətlə yetirən 43 yaşlı kişi SAXLANILDI  

Hazırda oxunan: Kürdəmirdə anasını və qonşusunu qətlə yetirən 43 yaşlı kişi SAXLANILDI  

177400

Daxili İşlər Nazirliyi Nazirliyi Kürdəmirdə baş verən qətllə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə DƏHŞƏT: Oğul anasını və qonşusunu qətlə yetirdi 


Hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO