Füzulidə Mərkəzi Kitabxanada yanğın nəticəsində dəymiş ziyanın həcmi ARAŞDIRILIR - RƏSMİ

Füzulidə Mərkəzi Kitabxanada yanğın nəticəsində dəymiş ziyanın həcmi ARAŞDIRILIR - RƏSMİ

Hazırda oxunan: Füzulidə Mərkəzi Kitabxanada yanğın nəticəsində dəymiş ziyanın həcmi ARAŞDIRILIR - RƏSMİ

176731

Fevral ayının 5-də təqribən saat 18:30 radələrində Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş verib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmadığından, yanğın nəticəsində xəsarət alan olmayıb. 

FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır.
Qeyd edilib ki, dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır.  Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO