Müasir kişilər niyə bığ saxlamır? - VİDEOSÜJET

Müasir kişilər niyə bığ saxlamır? - VİDEOSÜJET

Hazırda oxunan: Müasir kişilər niyə bığ saxlamır? - VİDEOSÜJET

176392

Qədim dövrlərdə dünyanın harasında, hansı statusda yaşamasından asılı olmayaraq, kişilər bığı toxunulmaz hesab edir, ondan ötrü mücadilələr verir, yeri gələndə hökumətlə baş-başa dayanırdılar.

1-ci Pyotr öz hakimiyyəti dövründə bığ-saqqal üçün xüsusi vergi təyin etmişdi. Hətta bunun üçün kişilərə üzərində “bığ vergisi ödənib” sözləri yazılmış kağız da verilirdi. Onlar da daim bunu üzərlərində gəzdirir, onları saxlayan çar hakimiyyətinin nümayəndələrinə göstərirdilər. 
Azərbaycanda da bığ kişilərin vazkeçilməzi idi. Təkcə vazkeçilməzi deyildi, həm də namus-qeyrəti hesab olunurdu. Qaçaq Nəbinin qadınların namusuna göz dikən kəndxudanı cəzalandırması səhnəsi buna bariz nümunədir.

Dastanlarda, filimlərdə Azərbaycan kişisinin əzəməti, zəhmi bığ və papağı ilə önə çəkilirdi.

İllər keçdikcə kişilərin bığ saxlama adəti sanki unudulur, onun yerinə daha çox saqqala üstünlük verilir.

Bəs, indiki kişilərin bir çoxunun bığ saxlmamağının səbəbi nədir? 

Bizim.Media
şəhər sakinləri arasında bununla bağlı sorğu keçirib.  
 


Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO