Şirvanda növbəti “Bizim həyət” AÇILDI - FOTO

Şirvanda növbəti “Bizim həyət” AÇILDI - FOTO

Hazırda oxunan: Şirvanda növbəti “Bizim həyət” AÇILDI - FOTO

176336

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində sayca dördüncü həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, yenilənmiş həyət Heydər Əliyev prospekti 265-273, 235-243, 249-253, 255-259 ünvanlarında 810 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir. 

Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, idman qurğuları quraşdırılıb, uşaqlar üçün oyun meydançaları salınıb.

Sahəsi 1,1 ha (10,100 m2) olan həyətin ərazisində 4 ədəd söhbətgah inşa edilib, oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 153 ədəd şam ağacı, 60 ədəd gül kolu əkilib, yaşıllıq zolağı salınıb.
“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO