Binəqədi rayonu Biləcəri qəsəbəsində kobud qayda pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial platformasında paylaşıb.
Bizim.Media ”avtosfer.az”a istinadən xəbər verir ki, hadisə yanvarın 30-u səhər saatlarında qeydə alınıb.
Belə ki, 60-CA-600 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkət edib. Videodan göründüyü kimi, o, işıqforda dayanan nəqliyyat vasitələrindən fərqli olaraq qarşı zolağa keçib və digər hərəkət iştirakçılarına qəza riski yaradıb. Xoşbəxtlikdən sürücülər ehtiyatlı davranaraq yaranmış təhlükəni dəf ediblər.
Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cərimə nəzərdə tutulub.
Bizim.Media